XƏBƏR, MANŞET-SLAYDER
30-04-2019, 17:29

Şəmkir RİH: Dağ Cəyir kənd sakinlərinin nəzərinə!!!

Şəmkir RİH: Dağ Cəyir kənd sakinlərinin nəzərinə!!!

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sabah saat 11:00-da Dağ Cəyir kəndində sakinləri qəbul edəcək.

Qərbinfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçiriləcək görüşdə sakinlərin şikayət və təklifləri fərdi qaydada dinləniləcək.

Qəbul zamanı vətəndaşların Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Səyyar görüş müddətində öz şikayət və təkliflərini bildirmək üçün gələn sakinlər də qəbul olunacaq.

Vətəndaşlar qəbula yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında fərdi şəkildə qəbul ediləcəklər.

QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.






Son Xəbər