XƏBƏR, İDMAN
29-04-2019, 19:48

Şəmkir rayon Gənclər və İdman İdarəsində qalib idmançılar mükafatlandırıldı

Şəmkir rayon Gənclər və İdman İdarəsində qalib idmançılar mükafatlandırıldı
29 aprel 2019-cu il tarixdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin konfrans zalında Karate idman növü üzrə Açıq Respublika Çempionatında qalib gəlmiş idmançılarla görüş keçirilmişdir.

Qərbinfo.az xəbər verir ki, görüşdə Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, İdarənin rəis müavini Elçin Cəfərov, Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, məşqçi-müəllim Taleh İsgəndərov və idmançılar iştirak etmişdir.

Görüşdə çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov qeyd etmişdir ki, son dövrlər də idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımız yerli və beynəlxalq əhəmiyyətli yarışlarda yüksək naliyyətlər əldə etmişdir. Belə yarışlardan biri də 13-14 aprel 2019-cu il tarixlərdə Bakı şəhərində keçirilən Aprel Şəhidlərinin xatirəsini həsr olunmuş XXII Açıq Respublika Kempo Çempionatında Şəmkir rayonunun idmançıları aşağıdakı nəticəni əldə etmişdir:
Əmiraslanov Elməddin-20 kq III-yer
Ismayılov Sultan-25 kq III-yer
Qazəliyev Tunar-30 kq II-yer
Yusifov Əsgər-40 kq II-yer
Əhmədov Həsən-45 kq III-yer
Quliyev Sübhan-55 kq I-yer
Məsdanov Samir-65 kq I-yer

Qalib gələn idmançılar Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman ilə təltif olunmuşdur.

Son Xəbər