XƏBƏR, İDMAN
29-04-2019, 22:23

“Aston Martin” Formula 1 tədbirlərinə rəng qatıb

“Aston Martin” Formula 1 tədbirlərinə rəng qatıb
Şəhərin tamamilə “Formula 1” abu-havasına büründüyü vaxtda, bu yarışlarla birbaşa əlaqəli brendlərin də bu qismdə tədbirləri həftəsonuna rəng qatmağa davam etdi.

Qərbinfo.az-ın məlumatına görə, belə brendlərdən biri də “Aston Martin” oldu. “Aston Martin”, “Aston Martin Red Bull Racing” komandasının sponsoru olmaqla “Formula 1” ilə birbaşa əlaqəlidir.

Bu səbəbdən də, brendin Azərbaycandakı rəsmi və eksklüziv nümayəndəsi “Avtolüks Azərbaycan”, Bakı şəhər halqasının bir addımlığında yerləşən “Aston Martin Bakı” nümayəndəliyində öz müştəriləri və VİP qonaqları üçün təmtəraqlı tədbir təşkil etdi. Tədbiri digərlərindən fərqləndirən əsas cəhət isə, Rilayanın “Formula 1” rəsmi konserti üçün hazırlanmış məxsusi şou proqramı ilə bir gün öncədən çıxışından savayı, “Aston Martin Red Bull Racing” komandasının pilotu Piere Gassly-nin gecəyə qoşulması oldu. Heç bir qonaq gecədən əliboş qayıtmadı, belə ki, Piere suallara cavab verdikdən sonra qonaqlarla şəkillər çəkdirib, avtoqraflarını payladı.

“Aston Martin Bakı” eləcə də, “Formula 1 Fan zona”sında quraşdırdığı çadır ilə yaddaşlarda qaldı. 80 kvm ərazini əhatə edən çadır, içərisindəki iki ədəd yeni avtomobil: “DB11” və “Yeni Vantage” ilə şəhərin qonaqlarının ən çox diqqətini çəkən yerə çevrildi.

Qeyd edək ki, “Aston Martin Bakı” nümayəndəliyi 2015-ci ilin əvvəlindən fəaliyyət göstərir və Üzeyir Hacıbəyli 59 ünvanında yerləşir.






Son Xəbər