XƏBƏR, HADİSƏ
29-04-2019, 21:32

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 20 santimetr azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan az olmaqla normanın 70, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 60-90, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 160-210 faizini təşkil edir.

Departamentdən Qərbinfo.az-a bildiriblər ki, aprelin 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 328 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 46 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 132 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 74 faizini təşkil edir.

Aprelin 29-da Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 17 santimetr azalaraq 571 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr azalaraq 409 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 18 santimetr azalıb və 418 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 307 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 20 santimetr azalaraq 300 santimetrə bərabər olub.






Son Xəbər