XƏBƏR, SİYASƏT
27-04-2019, 16:35

"Bəzi müxalifət partiyaların hərəkətləri xuliqanlıqdan başqa bir şey deyil" - Özəl şərh

"Bəzi müxalifət partiyaların hərəkətləri xuliqanlıqdan başqa bir şey deyil"Bəzi müxalifət partiyaların ölkəmizdə ajantaj, ictimai narazılıq kimi vizual görünütülər yaratmaq cəhdləri, həmişə olduğu kimi öz ürəklərində qalır.

Bu gün, xaricdə mövcud olan anti-Azərbaycan dairələrin miskin varlıqları - Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid və s. bu tip ''qəhrəmanlar'' ölkəmizdə hər vasitə ilə siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Onlar sosial şəbəkələrdəki şəxsi hesablarında yalan və böhtan xarakterli çıxışlar edir, gənclərin psixoloji vəziyyətlərindən və aztəminatlı insanların madiyətə olan həssaslığından istifadə etməklə, özlərinə siyasi divident qazanmaq istəyirlər. Həmin dırnaqarası qəhrəmanlar, bu hərəkətləri ilə xarici havadarlarının gözündə özlərini siyasi qüvvə, hissləri ilə oynadıqları aztəminatlı insanları isə siyasi kütlə kimi təqdim etməyə cəhd edirlər. Lakin reallıq hər zaman onların bu istəklərini gözlərində qoyur. Belə ki, onların öz sosial şəbəkələrdəki hesabları vasitəsi ilə geniş ictimaiyyətə təqdim etdikləri insanlar sadə insanlardır. Həmin insanların toxunduqları məsələlər sosial təminatla bağlıdır və onların heç bir siyasi məqsədi yoxdur.
Qeyd etmək yerinə düşər ki, onlar bu hərəkətləri ilə həmin sadə vətəndaşları bilmədikləri yola sürükləyir, həqiqətlərdən uzaq salır və onların hisslərindən sui-istifadə edirlər. Bunun isə, yalnız bir adı var, xuliqanlıq!

Qərbinfo.az-ın redaktoru Tural Əliyev






Son Xəbər