XƏBƏR, DÜNYA
23-04-2019, 21:54

Təbii fəlakət 243 nəfərin həyatına son qoyub

Təbii fəlakət 243 nəfərin həyatına son qoyub
Cari ilin əvvəlindən indiyədək Əfqanıstanın mərkəzi, şimal və cənub əyalətlərini tutan sel fəlakəti 243 nəfərin həyatına son qoyub.

Qərbinfo.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Əhməd Təmim Əzimi məlumat verib.

Əfqanıstan rəsmisi verdiyi müsahibədə bildirib ki sel fəlakəti cari ilin əvvəlindən ölkəni iki dəfə bürüyüb ki onun nəticəsində 243 vərəndaş həyatını itirib.

Ə.T.Əzimi sözügedən müddət ərzində sel fəlakəti nəticəsində 16, 500 evin tamamilə dağıldığını bildirib.

Sel Əfqanıstanın 22 əyalətinə xəsarət vurub. Canlı və maddi xəsarətlərin çoxu Fərah, Helmənd, Herat və Faryab əyalətlərində olub.






Son Xəbər