XƏBƏR, SİYASƏT
23-04-2019, 17:33

Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Aprelin 23-də Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası çərçivəsində Ukrayna və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Vasiliy Bodnar və Mahmud Məmmədquliyev arasında görüş keçirilib.

Qərbinfo.az xəbər verir ki, görüşdə Ukrayna ilə Azərbaycan arasında strateji əməkdaşlığın perspektivləri müzakirə olunub. Bildirilib ki, hər iki ölkə arasında nəqliyyat, enerji sahəsində işlər daha da intensivləşdirilməlidir.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlarda birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.






Son Xəbər