XƏBƏR, SOSİAL
23-04-2019, 09:00

Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi C.Rüstəmov adına məktəbdə ilk təqdimat keçirib

Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi C.Rüstəmov adına məktəbdə ilk təqdimat keçirib
Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi Cahangir Rüstəmov adına şəhər tam orta məktəbdə ilk təqdimat keçirilib.

Qərbinfo.az xəbər verir ki, təqdimatda məktəbin 10 və 11-ci sinif gənclərinə Azərbaycan Respublikası Gənclər Fondu, onun fəaliyyət istiqamətləri, xüsusilə, gənclərin təhsil məsələləri sahəsində həyata keçirilən yeniliklər, xaricdə təhsil və gənclərin məşğulluq proqramı haqda geniş məlumat verilib.

Daha sonra Mərkəzin nümayəndələri Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, onun yerli bölməsi olan Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi haqda gənclərə ətraflı məlumat verərək, Şəmkir Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm, bədii tədbiqi sənət, xarici dil, gitara, kompüter kursları, debat və intellektual oyunlar klubu haqda danışıb. Gənclərə bildirilib ki, gənclərin özünüinkişafının təmin edilməsi məqsədilə, "Könüllü ol" proqramı fəaliyyətə başlayıb.

Qeyd edək ki, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin bundan sonra həftədə 1 dəfə olmaqla tam orta məktəblərdə təqdimatı keçiriləcək.

Son Xəbər