XƏBƏR, DÜNYA
22-04-2019, 23:54

Tehran Türkiyədən İrana çəkilən dəmir yolu xəttinin Pakistan ərazisinə uzadılmasını təklif edib

Tehran Türkiyədən İrana çəkilən dəmir yolu xəttinin Pakistan ərazisinə uzadılmasını təklif edib
Tehran Türkiyədən İrana çəkilən dəmir yolu xəttinin Pakistan ərazisinə uzadılmasını təklif edib.

Qərbinfo.az Reuters agentliyinə istinadla xəbər verir ki, bu təklif İran Prezidenti Həsən Ruhaninin Pakistana səfəri zamanı irəli sürülüb. Qeyd olunub ki, növbəti kommunikasiya layihəsinin həyata keçirilməsi Avropanı Asiya və Çinlə birləşdirən daha bir halqa olacaq.

İran Prezidentinin Pakistanın Baş naziri İmran Xanla apardığı danışıqlarda iki ölkənin sərhədində terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq məqsədilə birgə qoşun hissəsi yaratmaq barədə razılıq əldə olunub. Budan başqa, tərəflər iqtisadi sahədə əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər. Bu məqsədlə birgə işçi qrupunun yaradılması qərara alınıb. İranın dövlət başçısı bildirib ki, Tehran Pakistanın neft ehtiyaclarını təmin edəcək yeni boru kəməri tikməyə hazırdır. Eyni zamanda, İrandan qonşu ölkəyə nəql olunan elektrik enerjisinin həcmi on dəfə artırıla bilər. İqtisadi əməkdaşlığın daha bir istiqaməti Pakistanın Qvadar və İranın Çabahar limanları arasında əməkdaşlığın gücləndirilməsidir.

İki ölkənin liderləri keçirdikləri mətbuat konfransında bildiriblər ki, onların görüşündə beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Son Xəbər