XƏBƏR, SOSİAL
22-04-2019, 22:58

Çernobıl faciəsindən 33 il ötür

Çernobıl faciəsindən 33 il ötür
XX əsrin ən dəhşətli texnogen qəzalarından olan Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın 33-cü ildönümü və “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin yaradılmasının 29-cu ildönümü ilə əlaqədar toplantı keçirilib.

Qərbinfo.az-ın məlumatına görə, toplantıda bildirilib ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 8 mindən çox soydaşımız sağlamlığını təhlükə qarşısında qoyaraq böyük fədakarlıq göstəriblər. İctimai Birliyin sədri Mirhəsən Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Şahvələd Əliyev və başqaları həmin faciənin nəticələrinin aradan qaldırılmasında soydaşlarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər.

Çernobıl əlillərinin tibbi, sosial və mənzil-məişət problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. İndiyədək 300-dən çox Çernobıl əlili mənzil və avtomobillə təmin olunub.






Son Xəbər