XƏBƏR, DÜNYA
22-04-2019, 17:56

Liviyada döyüşlərdə ölənlərin sayı 250-i keçib

Liviyada döyüşlərdə ölənlərin sayı 250-i keçib
Liviya paytaxtı Tripolidə və ətrafında baş verən döyüşlərdə ölənlərin sayı 254 nəfər təşkil edir.

Qərbinfo.az Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilat, rəsmi facebook səhifəsində bəyan edib ki, indiyədək Tripoli və ətrafında gedən döyüşlər nəticəsində ölənlərin sayı 254, yaralananların sayı isə 1228 nəfər təşkil edir.

DST əlavə edib ki, bu döyüşlər əsnasında onların tibbi nümayəndələri tərəfindən 152 nəfər üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib.

Qeyd edək ki, Liviyanın əksər hissəsini nəzarətdə saxlayan "Milli Ordu"nun başçısı general Xəlifə Həftər paytaxt Tripolini "Milli Barışıq Hökuməti"nin qüvvələrindən geri almaq üçün carı ayın 4-də paytaxt istiqamətdə hücum əmri verib.

Hazırda paytaxt Tripolinin cənubunda qarşıdurma nisbətən səngiyib.






Son Xəbər