XƏBƏR, DÜNYA
22-04-2019, 09:57

Şri-Lankada törədilən terror aktları nəticəsində ölənlərin sayı 262-yə çatıb

Şri-Lankada törədilən terror aktları nəticəsində ölənlərin sayı 262-yə çatıb

Şri-Lankada partlayışlar nəticəsində ölənlərin sayı 262-yə çatıb.

Qərbinfo.az-ın məlumatına görə, daha 452 nəfər yaralı var. Daha əvvəl 215 nəfərin öldüyü, 500-yə yaralının olduğu bildirilirdi.

Qeyd edək ki, ilk altı partlayış ölkənin paytaxtı Kolombo şəhərində yerləşən otellərdə və Kotexea, Neqombo və Battikaloa şəhərlərində yerləşən kilsələrdə törədilib. Yeddinci partlayış Dexivale şəhərində zoologiya bağı yaxınlığında, səkkizinci isə Demataqod şəhərində yaşayış kompleksinin ərazisində baş verib.






Son Xəbər