XƏBƏR, İDMAN
20-04-2019, 20:44

İsrail gimnastı: Bakıda yarışlar əla təşkil olunur

İsrail gimnastı: Bakıda yarışlar əla təşkil olunur
Bakıda yarışlar əla təşkil olunur.

Bunu Qərbinfo.az-a Bakıda keçirilən bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirinin iştirakçısı, israilli gimnast Daria Atamanova deyib.
O, Bakıda təlim-məşq toplanışında olduğunu, yarışda isə ilk dəfə iştirak etdiyini bildirib:

"Burada çıxış etmək çox xoşuma gəldi. Milli Gimnastika Arenasının zalı çox gözəl, böyükdür, məşqlər üçün çox rahat zonası var. Turnir əla təşkil olunub, hər şey yüksək səviyyədədir, gimnastlar çıxışlara düz vaxtında başlayırlar".

D.Atamanova iplər və topla tapşırıqları daha yaxşı yerinə yetirdiyini, bununla belə, nəticəsindən tam razı qalmadığını söyləyib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.






Son Xəbər