XƏBƏR, HADİSƏ
17-04-2019, 19:30

Qaçaqmalçılıq yolu ilə narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb

Qaçaqmalçılıq yolu ilə narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıblar.

DSX-nin mətbuat mərkəzindən Qərbinfo.az-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kiloqram 815 qram olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə cihazı aşkarlanaraq götürülüb.

Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq yolu ilə narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb
Qaçaqmalçılıq yolu ilə narkotik vasitənin ölkəmizə keçirilməsinin qarşısı alınıb






Son Xəbər