XƏBƏR, SİYASƏT
17-04-2019, 18:51

Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağaclar əkilib

Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağaclar əkilib
Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Jozef Polinski adına parkda Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildiriblər ki, sözügedən parkda, həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidə ucaldılıb. Bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.
Azərbaycanın və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağaclar əkilib






Son Xəbər