XƏBƏR, İDMAN
16-04-2019, 09:47

Onun yerini doldurmaq mümkünsüzdür

Onun yerini doldurmaq mümkünsüzdür"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın sabiq futbolçusu, hazırda "Yuvüntus"dan oynayan Kriştiano Ronaldo haqda danışıb.

Qərbinfo.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, protuqaliyalı hücumçunun yerini doldurmağın mümkünsüz olduğunu deyib: "Kimi transfer etməyimizdən asılı olmayaraq, Kriştianonun yerini doldurmaq mümkünsüzdür. Ronaldo klubdan ayrıldı və biz də yüksək səviyyəli futbolçular ala bilərik. Amma bu klubdan onun etdiklərini təkrarlaya biləcək biri yoxdur".

Qeyd edək ki, Ronaldo ötən yay "Real"dan "Yuventus"a transfer olunub.






Son Xəbər