XƏBƏR, MANŞET-SLAYDER
15-04-2019, 19:24

“Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanda dəyişiklik

“Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanda dəyişiklik
“Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668 ) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə, “33 (otuz üç)” sözləri “55 (əlli beş)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2019-cu il.






Son Xəbər