XƏBƏR, SOSİAL
15-04-2019, 17:40

Şəmkirdə təyinat: Əliyaqublu kəndinə yeni nümayəndə təyin olunub

Şəmkirdə təyinat: Əliyaqublu kəndinə yeni nümayəndə təyin olunub
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Qərbinfo.az xəbər verir ki, Qafarov Turan Dilman oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

T.Qafarov 1982-ci ildə Şəmkir rayonu Əliyaqublu kəndində dünyaya gəlib. Gürcüstan Aqrar Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib. Ailəlidir, 2 övladı var.

Müxtəlif vəzifələrdə çalışan T.Qafarov son olaraq Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışıb.






Son Xəbər