XƏBƏR, SOSİAL
15-04-2019, 23:30

Cenevrədə Beynəlxalq Forum keçiriləcək

Cenevrədə Beynəlxalq Forum keçiriləcək
Aprelin 23-24-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Dünya Ticarət Təşkilatının (DTT) qida məhsullarının təhlükəsizliyi və ticarət məsələlərinə həsr olunmuş Beynəlxalq Forumu keçiriləcək.

Qərbinfo.az Dünya Səhiyyə Təşkilatının saytına istinadla xəbər verir ki, Cenevrədə keçiriləcək forum Əddis-Əbəbə konfransında başlanmış dialoqun davamı olacaq. Qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi sahəsində bu görüşdə müəyyən edilmiş prioritetlər qlobal əməkdaşlığa və “heç kəsin diqqətdən kənarda qalmamasını” təmin etməyə şərait yaradacaq.

Forum iştirakçıları sürətli texnoloji inkişafla və rəqəmsal texnologiyalara keçidlə bağlı imkanları və problemləri müzakirə edəcəklər: qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi və ticarət sahəsində yeni texnologiyalardan istifadə; sərhəd nəzarəti orqanlarının təhlükəsiz qida məhsulları dövriyyəsinə şərait yaratması yolları; çoxtərəfli səylərin əlaqələndirilməsi və tərəfdaşlıq; dəyişikliklər və innovasiyalar dövründə qida məhsullarının təhlükəsizliyi normalarının nizamlanması və s.

Qəbul ediləcək sənəddə həm Əddis-Əbəbə konfransında, həm də Cenevrə forumunda qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə müxtəlif sektorların və ölkələrin səylərini daha yaxşı əlaqələndirməyə yönəlmiş tövsiyələr ümumiləşdiriləcək.

DST-nin hesablamalarına görə, hər il dünyada baş verən qida mənşəli xəstəliklərlə bağlı 600 milyon hadisə təhlükəli qida məhsullarının nəticəsidir. Dünya Bankı tərəfindən bu yaxınlarda aparılmış tədqiqat nəticəsində məlum olub ki, gəlirlərin aşağı və orta səviyyədə olduğu ölkələrdə qida mənşəli xəstəliklər ildə azı 100 milyard dollara başa gəlir, 28 ölkənin hər birinin bu səbəbdən üzləşdiyi ziyan isə 500 milyon ABŞ dollarından çoxdur.

Beynəlxalq forumun işində müxtəlif milli hökumətlərin nazirləri və digər vəzifəli şəxsləri, yüksək təbəqə aid rəhbərlər, qeyri-dövlət qurumlarının nümayəndələri ən mürəkkəb məsələləri təxirə salmadan müzakirə edəcək, qlobal miqyasda qida məhsullarının təhlükəsizliyi ilə bağlı cari və gələcək problemlərin həlli bağlı əsas tədbirləri və strategiyaları müəyyən edəcək; 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində gündəlik səviyyəsində qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi sahəsində ən yüksək siyasi dairələrin dəstəyini möhkəmlədəcəklər.






Son Xəbər