XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
15-04-2019, 16:12

İcra başçısı ciddi tapşırıqlar verdi: “Bu işdə şəffaflıq tam təmin edilməlidir” - ŞƏMKİR

İcra başçısı ciddi tapşırıqlar verdi: “Bu işdə şəffaflıq tam təmin edilməlidir” - ŞƏMKİR
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil olunur.

Bu işlərin davamı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və mərkəzləri yaradılması işləri aparılır.

Şəmkir rayonunda da əhalinin məşğulluğunun artırılması məqsədilə DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə bu işlərin təşkilinə nəzarətin gücləndirilməsilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiya yaradılıb.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sədirliyi ilə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərlərinin, rayonun İctimai Şura üzvlərinin və rayon Ağsaqqallar Birliyinin də daxil olduğu Komissiyanın ilk iclası keçirilib.

İclasda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov DOST mərkəzinin Şəmkirdə yaradılmasının rayon üçün xüsusi önəmi olduğunu vurğulayıb.

İcra başçısı işçilərin işə qəbulunda şəffaflığın təmin edilməsinin vacibliyini bildirib və bu məsələdən kimlərinsə öz məqsədləri üçün istifadə etməsinin qarşısının alınmasından ötrü ciddi tapşırıqlar verib.

Alimpaşa Məmədov işəgötürən və işəgötürülənlər arasında hər hansı bir neqativ halların olmaması üçün İctimai Nəzarət Şurasının da fəal olmasını bildirib.

İcra başçısı bu işdə tam şəffaflığın təmin edilməsi məqsədilə işəgötürənlərlə fərdi izahat işinin yüksək səviyyədə təşkil edilməsini Komissiya üzvlərinə xüsusi tapşırıb.

Son Xəbər