XƏBƏR, İQTİSADİYYAT
15-04-2019, 14:58

Yararlılıq müddəti keçmiş qida məhsulları məhv edilib

Yararlılıq müddəti keçmiş qida məhsulları məhv edilib
“Sun Food” Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəyə yararlılıq müddəti keçmiş qida məhsulunun məhv edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Qərbinfo.az-a verilən məlumata görə, agentliyin əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 19 min 508 kiloqram olan 20-yə yaxın müxtəlif növlü qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur, onların satışı və istifadəsi yolverilməzdir.






Son Xəbər