XƏBƏR, DÜNYA
15-04-2019, 13:52

Liviyada hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb

Liviyada hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı 147 nəfərə çatıb
Liviyada hərbi əməliyyatların gedişində azı 147 nəfər həlak olub, 614 nəfər isə yaralanıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Səhiyyə Təşkilatının Liviya şöbəsinin “Twitter” səhifəsində yerləşdirilib. Təşkilat xəstəxanalara yardım məqsədilə Tripoli rayonuna cərrahlar komandası göndərib.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftar Tripoliyə hücum əməliyyatının başladığını elan edib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan Milli Razılıq Hökumətinin rəhbəri Faiz Saraca tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirib. Hazırda döyüşlər paytaxtın yaxınlığında gedir.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsi və qətlindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Razılıq Hökuməti fəaliyyət göstərir.






Son Xəbər