XƏBƏR, İQTİSADİYYAT
15-04-2019, 09:51

Keçili kənd sakinlərindən örnək addım - ŞƏMKİR

Keçili kənd sakinlərindən örnək addım - ŞƏMKİR
Bildiyiniz kimi, Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.

Qərbinfo.az xəbər verir ki, çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon sakinləri artıq təmtəraqdan uzaq mərasimlər əvəzinə dünyadan köçən yaxınlarının ehsanı üçün xeyriyyə işləri həyata keçirməyə üstünlük verirlər.

Bu günlərdə Şəmkirin Keçili kəndində vəfat edən Nağıyeva Rəfiqə İbrahim qızının yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

Belə ki, Keçili kənd İƏD-si üzrə nümayəndəliyinin iştirakı ilə mərhumun oğlanları Nağıyev Rövşən və Nağıyev Əbülfət analarının ehsanına Keçili kəndinin beş yeni salınmış küçəsini mərkəzi Aşıq Məsim küçəsi ilə birləşdirən yollarını təmir etdirib. Həmin küçələrə 20 Kamaz qum-çınqıl tökülərək, texnika ilə hamarlaşdırılırb və küçələrin ətrafı tullantılardan təmizlənib.

Kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Son Xəbər