XƏBƏR, İDMAN
13-04-2019, 18:49

Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib

Güləşçimiz Avropa çempionatında erməni rəqibini məğlub edib

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından Qərbinfo.az verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.

Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.

Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib.

Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.






Son Xəbər