XƏBƏR, DÜNYA
13-04-2019, 19:29

2018-ci ildə 16 ABŞ-da 27 hadisə zamanı 85 nəfər qətlə yetirilib, 128 nəfər yaralanıb

2018-ci ildə 16 ABŞ-da 27 hadisə zamanı 85 nəfər qətlə yetirilib, 128 nəfər yaralanıb
2017-ci ildə Amerika Birləşmiş Ştatlarında fəal atıcılarla bağlı hadisələrin sayı ən yüksək səviyyəyə çatandan sonra belə hadisələrin tezliyi bir qədər azalıb və 2018-ci ildə 27 hadisə qeydə alınıb.

Qərbinfo.az Federal Təhqiqatlar Bürosunun (FTB) 2000-ci ildən sonrakı dövrə aid statistik məlumatlarına istinadla xəbər verir ki, ilk 7 il ərzində FTB orta hesabla hər il 6,4 hadisəni qeydə alıb. 2008-ci ildən başlayaraq, atəş açılması ilə əlaqədar kütləvi qətllərin sayı orta hesabla hər il 20 hadisə qədər artıb. Bu göstəricinin ən pis artımı 2017-ci və 2018-ci illərdə müşahidə olunub. 2018-ci ildə 16 ştatda baş vermiş 27 hadisə zamanı 85 nəfər qətlə yetirilib, daha 128 nəfər yaralanıb.

“Silah tətbiq edilməklə zorakılığın qarşısının alınması üzrə Breydi kampaniyası” təşkilatının vitse-prezidenti Kaylin Hanter “USA Today” nəşrinə müsahibəsində deyib: “Ümidverici fakt budur ki, atışma ilə bağlı hadisələrin sayı 2017-ci ildəki rekord səviyyədən aşağı düşüb, lakin keçən il bu göstəricinin qiyməti cari yüzillikdə hələ də ikinci ən yüksək səviyyədə olub”.

FTB-nin qənaətinə görə, fəal atıcı dedikdə insanların toplaşdığı yerlərdə onların qətlə yetirilməsində və ya qətlə yetirmək cəhdlərində fəal iştirak edən şəxs və ya şəxslər qrupu nəzərdə tutulur. 27 hadisədən 9-u polis ilə atıcı arasında atışma ilə başa çatıb. Atıcılardan 10-u intihar edib, 11-i həbs olunub, 4-ü polis tərəfindən, 1-i mülki şəxslər tərəfindən qətlə yetirilib, bir atıcı isə hələ də azadlıqdadır. Fəal atıcıların yaşı 13-64 arasında olub.

2018-ci ildə belə hadisələrdən biri Parklenddəki (Florida ştatı) Marcori Stounman Duqlas adına orta məktəbdə baş verib. Nəticədə həmin məktəbin 17 şagirdi və əməkdaşı həlak olub. FTB-nin məlumatına görə, 2018-ci ildə atışma ilə bağlı ən çox hadisə (4 hal) Kaliforniyada qeydə alınıb. Floridada 3, Texas, Nyu-Meksiko, Tennessi, İllinoys, Kentukki, Pensilvaniya və Merilend ştatlarının hərəsində 2 hadisə baş verib.

2017-ci ildə ən çoxsaylı insanların ölümü ilə nəticələnmiş atışma Las-Veqasda festival zamanı baş verib. O vaxt oteldə yerləşən bir atıcı konsertə gələnlərə avtomatik silahda atəş açaraq, 58 nəfəri qətlə yetirib, yüzlərlə insanı yaralayıb.






Son Xəbər