XƏBƏR, DÜNYA
13-04-2019, 18:28

İrana 100 min avro yardım edilib

İrana 100 min avro yardım edilib
Dünya katoliklərinin rəhbəri Roma papası Fransisk selə görə İrana 100 min avro maddi yardım edib.

Qərbinfo.az "İLNA"-ya istinadla xəbər verir ki, bu barədə Katolik Xəbər Agentliyi məlumat yayıb.

Bildirlib ki, Roma papası İranda seldən ziyan görən bölgələrə yardım məqsədilə bu ölkəyə 100 min avro dəyərində maddi yardım ayırıb.

Əlavə edilib ki, yardım Vatikanın səfirliyi tərəfindən İranda paylanılacaq.

Bundan öncə İranın Qızıl Aypara cəmiyyətinin səbri Əliəsğır Peyvəndi bildirib ki, selə görə xaricdən edilən yardımlardan hətta bir dollar belə əldə edilməyib. İran rəsmisi bunu ABŞ-ın sanksiyaları ilə əlaqələndirib.






Son Xəbər