XƏBƏR, İDMAN
12-04-2019, 22:59

“Qalatasaray” Martin Linneslə yeni müqavilə imzalayıb

“Qalatasaray” Martin Linneslə yeni müqavilə imzalayıb
İstanbulun “Qalatasaray” futbol klubu müdafiəçi Martin Linneslə yeni müqavilə imzalayıb.

Qərbinfo.az klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı norveçli müdafiəçi İstanbul klubu ilə ikiillik müqaviləyə imza atıb. Yeni müqaviləyə əsasən, futbolçu ilinə 1,4 milyon avro qazanacaq.

Qeyd edək ki, Linnes 2016-cı ildən “Galatasaray”da çıxış edir. O, İstanbul klubunun heyətində keçirdiyi 88 oyunda 2 qol vurub.






Son Xəbər