XƏBƏR, İDMAN
12-04-2019, 20:52

Formula 1: Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq

Formula 1: Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq işləri çərçivəsində aprelin 13-də saat 22:00-dan etibarən Azneft dairəsində yolun hərəkət hissəsi daraldılacaq. Proses zamanı bu hissədə nəqliyyatın əvvəlki istiqamətlər üzrə hərəkəti tam təmin olunacaq.

Azərbaycanda Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən Qərbinfo.az-a bildiriblər ki, yürüşə son hazırlıq işlərinin görülməsi ilə əlaqədar aprelin 21-dən 22-nə keçən gecə trekin keçdiyi bütün yollar, o cümlədən Azneft dairəsi nəqliyyatın hərəkəti üçün tam bağlı olacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti aprelin 30-da saat 06:00-dək tamamilə dayandırılacaq.






Son Xəbər