XƏBƏR, MƏDƏNİYYƏT
11-04-2019, 14:01

Şəmkirli gənc Tariyel Vəliyev VII Muğam Televiziya müsabiqəsində yüksək nəticə qazanıb

Şəmkirli gənc Tariyel Vəliyev  VII  Muğam Televiziya müsabiqəsində yüksək nəticə qazanıb

Şəmkirli gənc Tariyel Vəliyev VII Muğam Televiziya müsabiqəsində yüksək nəticə qazanıb.

Qərbinfo.az xəbər verir ki, Şəmkir rayonunu təmsil edən gənc ifaçı Tariyel Vəliyev VII Muğam Televiziya müsabiqəsinin hal-hazırda ən yüksək nəticə hesab edilən 63 balı qazanıb.

Qeyd edək ki, gənc ifaçımız müsabiqənin 1-ci həftəsində “ Azərbaycan maralı” xalq mahnısını ifasına görə 60, 2-ci həftəsində “Rahab” təsnifinin ifasına görə 60, 3-cü həftəsində “Heyratı-Zərb” muğamı ifasına görə 62, 4-cü həftəsində “Seygah” təsnifi ifasına görə 62, 5-ci həftəsində “Mahur-Hindi” muğamını ifasına görə 63 bal qazanıb.

Məlumat üçün qeyd edək ki, Vəliyev Tariyel Elman oğlu 1989-cu ildə Şəmkir rayonun Sabirkənd kəndində anadan olub. Təhsilini Azərbaycan Milli Konservatoriyasında alıb. Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin üzvüdür.

Bildiririk ki, Mədəniyyət Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən VII Muğam Televiziya müsabiqəsi hal-hazırda davam edir.

Son Xəbər