XƏBƏR, SİYASƏT
11-04-2019, 13:20

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri aprelin 15-də Moskvada görüşəcəklər

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri aprelin 15-də Moskvada görüşəcəklər
Aprelin 15-də Moskva şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, görüş Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək.






Son Xəbər