XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT, VİDEO
27-05-2017, 10:30

Azərbaycanda birinci, bir inci "Şəmkir Aqropark" - VİDEO

Azərbaycanda birinci, bir inci "Şəmkir Aqropark"Azərbaycanda ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılmasına başlanılmış “Şəmkir Aqropark”da işlər yekunlaşmaq üzrədir. Ümumi sahəsi 604 hektar olan bu möhtəşəm layihənin-“Şəmkir Aqropark”ın qısa zamanda istifadəyə veriləcəyi gözlənilir. Hazırda aqrar kompleksdə loqistik mərkəzin tikintisi davam edir. 3 hissədən ibarət olacaq mərkəzin saxlanma tutumu 24 min ton, ərazisi isə 37 min kvadrat metr təşkil edir. Gələcəkdə aqrar kompleksdə intensiv bağçılıq, istixana kompleksi də inşa ediləcək. Çeşidləmə mərkəzi 3 xətt üzrə fəaliyyət göstərəcək. Burada istehsal olunan meyvə və tərəvəzlər rənginə, ölçülərinə və xarici görünüşünə görə çeşidlənib qablaşdırılacaq.

Qərbinfo.az xəbər verir ki, “Şəmkir Aqropark”da müasir istixana kompleksləri, şitilçilik, tingçilik, intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistik və aqroservis mərkəzi, soyuducu anbar, “yaşıl market” və fermer mağazaları, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaqdır

“Şəmkir Aqropark” keyfiyyətindən asılı olmayaraq əhalinin yetişdirdiyi bütün kənd təsərrüfatı məhsullarını alacaq. Eyni zamanda, sakinlərə Aqroparkda yaradılmış imkanlardan bəhrələnmək, müxtəlif məhsul növlərinin yetişdirilməsi ilə bağlı tövsiyyələr almaq, məhsuldarlığın artırılması üçün daha keyfiyyətli şitillər əldə etmək imkanı yaradılacaq. Görüləcək işlər yerli sakinlərin sosial rifahının bir qədər də yaxşılaşdırılmasına şərait yaradacaq.

Aqroparkların yaradılması ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, intensiv metodların tətbiqinə, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərinin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq. Aqroparkda yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin əsas hissəsi sahibkarların vəsaiti və bir hissəsi isə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcəkdir.

Bu yeni xidmət müəssisəsi regionda fermerlərin sahibkarlıq fəaliyyətini gücləndirməklə onlara məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq. Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.

“Şəmkir Aqropark” - bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir. O, regional kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin yaradılması, istehsalçı, emalçı və istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında mühüm rol oynayır.








Son Xəbər