XƏBƏR, SOSİAL
6-04-2019, 15:53

Qazaxıstanlı tələbə Azərbaycan dilini öyrənib və ölkəmizə maraq göstərir

Qazaxıstanlı tələbə Azərbaycan dilini öyrənib və ölkəmizə maraq göstərir
Azərbaycan-Qazaxıstan arasında mövcud olan qardaşlıq və dostluq, strateji tərəfdaşlıq münasibətləri Qazaxıstan gənclərində ölkəmizə marağı artırır.

Qərbinfo.az xəbər verir ki, Qazaxıstan Avrasiya Milli Universitetinin birinci kurs tələbəsi Aliya Kairova Azərbaycan dilində sərbəst danışa bilir.

O, Azərbaycan dilini Azərbaycan filmlərinə baxaraq, kitablar oxuyaraq öyrənib. Türkdilli xalqların dilləri arasında Azərbaycan dilinin daha da xoşuna gəldiyini, onu asanlıqla öyrənə bildiyini deyir. Aliya Azərbaycan, türk, ingilis, ispan, və fransız dillərini bilir.

Aliya Kairova Azərbaycanın mədəniyyəti, tarixi, mətbəxi ilə xüsusilə maraqlanır. O, gələcəkdə diplom işinin Azərbaycanla bağlı hazırlayacağını və ölkəmizdə çalışmaq istədiyini də bildirib.






Son Xəbər