XƏBƏR, SOSİAL
6-04-2019, 12:30

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 282 nəfər qeydiyyatdan keçib

İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 282 nəfər qeydiyyatdan keçib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 21-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən Qərbinfo.az-a bildirilib ki, aprelin 6-sı saat 11:35-ə olan məlumata görə, dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak etmək üçün 282 nəfər qeydiyyatdan keçib. İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyat aprelin 14-ü saat 18:00-dək aparılacaq. Qeydiyyat bitdikdən sonra imtahanın yeri və vaxtı barədə məlumat veriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür.






Son Xəbər