XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
6-04-2019, 11:01

Alimpaşa Məmmədov: "Qazandığımız bütün uğurların hərəkətverici qüvvəsi bizim birliyimizdir"

Alimpaşa Məmmədov: "Qazandığımız bütün uğurların hərəkətverici qüvvəsi bizim birliyimizdir"

"Xalqımız ən yaxşı həyatı yaşamağa layiq olan xalqdır. Cənab Prezidentimizin qarşıya qoyduğu ən vacib məqsədlərdən biri də xalqımızın həyat şəraitini daha da yüksəltməkdir. Bizlərin qarşısında duran ən vacib vəzifələrdən biri isə, bu işdə ölkə rəhbərimizə kömək olmaqdır. Biz inkişaf yolu keçmişik və bugün də inkişaf etməkdəyik. Bizim qazandığımız bütün uğurların əsas hərəkətverirci qüvvəsi bizim birliyimizdir. Xalq və iqtidar birliyi."

Qərbinfo.az xəbər verir ki, bu sözləri Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ötən gün keçirdiyi vətəndaşların növbəti qəbulunda söyləyib.


Qeyd edək ki, keçirilən qəbulda 156 nəfər rayon sakininin müraciəti dinlənilib.

Edilən müraciətlərin bir qismi yerində həllini tapıb, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






Son Xəbər