XƏBƏR, İDMAN
4-04-2019, 11:11

Teymur Rəcəbov: Heç kim üstünlük qazanmadı - "Shamkir Chess 2019"

Teymur Rəcəbov: Heç kim üstünlük qazanmadı - "Shamkir Chess 2019"
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində IV turun oyunları keçirilir.

Qərbinfo.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.

Teymur Rəcəbov mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".

Hollandiya təmsilçisi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə ağlarla oynamasına baxmayaraq hücum qurmaqda çətinlik çəkdi: "Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə həmişə istədiyini əldə etmək olmur".






Son Xəbər