XƏBƏR, İDMAN
2-04-2019, 17:58

Avropa kubokunda qızların yarışında ölkəmizi 8 cüdoçu təmsil edəcək

Avropa kubokunda qızların yarışında ölkəmizi 8 cüdoçu təmsil edəcək
Aprelin 6-7-də Çexiyanın Teplitse şəhərində keçiriləcək yeniyetmə qızlar arasında Avropa kuboku yarışlarında ölkəmizi 8 cüdoçu təmsil edəcək.

Qərbinfo.az xəbər verir ki, millimizin heyətində Könül Əliyeva, Lətifə Abbasova (hər ikisi 44 kq), Səbinə Əliyeva, Şahnaz Əsgərova (hər ikisi 48 kq), Xumar Əsədova, Vüsalə Hacızadə, Zeynəb Məmmədova (hər üçü 52 kq), Aytac Qardaşxanlı (57 kq) mübarizə aparacaqlar.

Avropa kubokunda 300-dən artıq cüdoçu qüvvəsini sınayacaq.






Son Xəbər