XƏBƏR, SOSİAL
1-04-2019, 17:55

Azərbaycanlı alimin BMT-nin regional seminarında məruzəsi dinlənilib

Azərbaycanlı alimin BMT-nin regional seminarında məruzəsi dinlənilib
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının Qazaxıstanın Almatı şəhərində “Boyalarda qurğuşun problemi” mövzusunda keçirdiyi regional seminarda iştirak edib.

İnstitutdan Qərbinfo.az-a bildiriblər ki, seminarda qurğuşunun insan orqanizminə və ətraf mühitə təsiri, boyaların tərkibində qurğuşunun miqdarını məhdudlaşdıran normativ-hüquqi aktların yaradılması və gələcək fəaliyyətin prioritetləri müzakirə olunub. Seminarda İ.Mustafayevin Azərbaycanda bu sahədəki mövcud vəziyyətə dair məruzəsi dinlənilib.

Tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri, ümumilikdə 12 ölkənin elmi mərkəzlərinin alimləri, ekologiya, səhiyyə və hüquq sahəsində çalışan mütəxəssislər, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunublar.






Son Xəbər