XƏBƏR, İDMAN
1-04-2019, 15:41

Azərbaycanın 7 boksçusu “Böyük İpək Yolu” turnirinin finalında

Azərbaycanın 7 boksçusu “Böyük İpək Yolu” turnirinin finalında
Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsinin görüşləri başa çatıb.

Qərbinfo.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın beşinci günündə finalçılar müəyyənləşib.

Azərbaycan millisinin yarımfinalda mübarizə aparan 15 boksçusundan 7-si həlledici görüşdə iştirak hüququ qazanıb. Belə ki, Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Kamran Şahsuvarlı, Amin Kuşkov (75 kq), Rauf Rəhimov, Alfonso Dominqes (81 kq) turnirin final mərhələsində döyüşmək hüququ qazanıblar. Elvin Məmişzadə (52 kq), Qoşqar Səfərli (56 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 60 kq), Fərid Ağamoğlanov (64 kq), Cəbrayıl Yelekov (81 kq), İsmayıl Yaqubov (91 kq), Sadiq Səmədov (+91 kq) isə bürünc medalla kifayətləniblər.

Final görüşləri aprelin 1-də keçiriləcək.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları da iştirak edirlər.






Son Xəbər