XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
1-04-2019, 13:24

Elan: Şəmkir RİH-in başçısı Çənlibel kəndində sakinləri qəbul edəcək

Elan: Şəmkir RİH-in başçısı Çənlibel kəndində sakinləri qəbul edəcək
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov aprelin 3-ü saat 11:00-da Çənlibel kəndində sakinləri qəbul edəcək.

Qərbinfo.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının Çənlibel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında keçiriləcək görüşdə sakinlərin şikayət və təklifləri fərdi qaydada dinləniləcək.

Qəbul zamanı vətəndaşların Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Səyyar görüş müddətində öz şikayət və təkliflərini bildirmək üçün gələn sakinlər də qəbul olunacaq.

Vətəndaşlar qəbula yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında fərdi şəkildə qəbul ediləcəklər.

QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.






Son Xəbər