XƏBƏR, MƏDƏNİYYƏT
29-03-2019, 21:30

Ölkəmizin turizm potensialı Yaxın Şərqdə təqdim olunur

Ölkəmizin turizm potensialı Yaxın Şərqdə təqdim olunur
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir.

Dövlət Turizm Agentliyindən Qərbinfo.az-a bildirilib ki, 10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması üçün Yaxın Şərq regionu və Səudiyyə Ərəbistanından olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilir. Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub.

Sərgi səkkiz ildir ki, Yaxın Şərq regionunun əsas turizm iştirakçılarını bir araya toplayaraq turizm üzrə faydalı əməkdaşlıqlar üçün uğurlu platforma rolunu oynayır.

Qeyd edək ki, ötən ilin dekabrından etibarən Səudiyyə Ərəbistanında ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Bundan öncə isə ölkəmiz Yaxın Şərq regionunda Azərbaycanın işgüzar turizm imkanlarının tanıdılması məqsədilə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində 13-cü “IBTM Arabia”da təmsil olunub.

Azərbaycan Konqreslər Bürosunun iştirak etdiyi tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər zamanı ölkəmizin beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsi üzrə potensialı haqqında təqdimatlar maraqla qarşılanıb.






Son Xəbər