XƏBƏR, İDMAN
27-03-2019, 12:32

Bədii gimnastımız A.Cəlilova Fransada iki medal qazanıb

Bədii gimnastımız A.Cəlilova Fransada iki medal qazanıb
Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Qərbinfo.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Gənclərin yarışında A.Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək, millimizin hesabına iki bürünc medal yazdırıb. Gimnastımız iplə çıxışına görə altıncı olub. N.Bayramova isə topla beşinci yerdə qərarlaşıb.

Böyüklərin mübarizəsində isə V.Qudis top ilə yarışı 6-cı, D. Sorokina isə gürzlərlə 7-ci yerdə başa vurublar.






Son Xəbər