XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
26-03-2019, 16:13

İcra başçısı gənclərlə görüşüb, təkliflərini dinləyib - ŞƏMKİR

İcra başçısı gənclərlə görüşüb, təkliflərini dinləyib - ŞƏMKİR
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun fəal gəncləri ilə görüş keçirib.

Qərbinfo.az xəbər verir ki, görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov gəncləri salamlayaraq bu qəbildən olan tədbirlərin artıq ənənə halını aldığını bildirib.

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söyləyib.

Alimpaşa Məmmədov qeyd edib ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır: "Şəmkir gəncliyinin də bu gün gələcəyə baxış istiqaməti də bu idealardan bəhrələnir".

Daha sonra icra başçısı Şəmkirdə fəaliyyət göstərən “Böyük Yol” Gənclərin İctimai Birliyinin tərkib hissəsi olan “Gənc Həkimlər Birliyi”, “Gənc Tərbiyyəçilər Birliyi”, “Gənc Müəllimlər Birliyi”, “Gənclərin Mədəni İnkişafı Birliyi” və “Gənc Xeyriyyəçilər Birliyi”nin fəaliyyətlərini yüksək qiymətləndirib, onların gördükləri işlərin əvəzi olmadığını bildirib.

Gənclər adından çıxış edən gənclər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə və rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı və istedadlı, savadlı gənclər üçün hər bir şərait yaradıldığını qeyd etdi.

Gənclərlə keçirilən görüşdə Gənclər Mərkəzinin fəaliyyət istiqamətləri, gənclərin könüllü çalışmaları üçün vakansiyalar, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə danışıldı.

Səmimi ortamda və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənclərin təklifləri dinlənildi.

Son Xəbər