XƏBƏR, DÜNYA
25-03-2019, 17:25

Türkiyə bələdiyyə seçkilərinə tam hazırdır

Türkiyə bələdiyyə seçkilərinə tam hazırdır
Türkiyənin Ali Seçki Komissiyası (ASK) martın 31-də bələdiyyə seçkilərinin keçirilməsinə tam hazır olduğunu açıqlayıb.

Qərbinfo.az xəbər verir ki, Komissiyanın sədri Sədi Güvən seçici siyahılarının təsdiqləndiyini, seçki məntəqələrinin səsverməyə hazırlandığını deyib. Komissiya sədri bildirib ki, ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən 31 vilayətdə səsvermə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.






Son Xəbər