XƏBƏR, DÜNYA
25-03-2019, 16:57

“Zimnyaya Vişnya” ticarət mərkəzində baş vermiş faciədən bir il ötür

“Zimnyaya Vişnya” ticarət mərkəzində baş vermiş faciədən bir il ötür
Rusiyanın Kemerovo vilayətindəki “Zimnyaya Vişnya” ticarət mərkəzində baş vermiş faciənin birinci ildönümündə həlak olanların xatirəsi anılır.

Qərbinfo.az xəbər verir ki, ötən il baş vermiş yanğın nəticəsində 60 nəfər həlak olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hadisə ilə bağlı başsağlığı verib, Heydər Əliyev Fondu həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərmişdi.

Hazırda hadisə ilə əlaqədar təqsirli bilinən 15 nəfərdən səkkizi barəsində cinayət işinin istintaqı başa çatıb. Cinayətin daha bir iştirakçısı, ticarət mərkəzinin sahibi olan şirkətin baş diektoru Vyaçeslav Vişnevski Polşada həbs edilib. Onun Rusiyaya ekstradisiyası məsələsi müzakirə olunur.

Yanğının baş verdiyi bina 80 il əvvəl inşa olunub. SSRİ dövründə burada fabrik fəaliyyət göstərib. Sonradan həmin binada yenidənqurma işləri aparılıb və burada ticarət mərkəzi yerləşdirilib. Lakin binanın yenidən qurulması zamanı texniki qaydalara əməl olunmayıb və xeyli sayda pozuntulara yol verilib.

Ötən il martın 25-də baş vermiş yanğına qısaqapanma səbəb olub. Binanın yuxarı mərtəbəsində başlayan yanğın sonradan aşağı mərtəbələrə də yayılıb. Hadisə nəticəsində 37 nəfər kinozalda, 23 nəfər isə ehtiyat çıxışının bağlı olan qapısının önündə həlak olub.






Son Xəbər