XƏBƏR, MANŞET-SLAYDER
25-03-2019, 14:27

Şəmkirdə vətəndaş cəmiyyəti quruculuğu uğurla davam etdirilir

Şəmkirdə vətəndaş cəmiyyəti quruculuğu uğurla davam etdirilir
Şəmkir rayonunda vətəndaş cəmiyyəti quruculuğu uğurla davam etdirilir.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin həyata keçirilməsində, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin olunması Şəmkir Rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biridir.

Qeyd edək ki, bu istiqamətdə Şəmkir rayonunda bir sıra uğulu işlər görülüb.

Qərbinfo.az xəbər verir ki, 08 yanvar 2018-ci il tarixində Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın 9 nəfərdən ibarət tərkibi fəaliyyətə başlayıb.

Qeyd edək ki, rayonda sosial və digər sahələrdə mövcud olan problemlərin həll olunması istiqamətində İctimai şuranın tövsiyyələri dinlənilir və onların köməyindən səmərəli istifadə olunur.

Bundan başqa, Şəmkir rayonunda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə müxtəlif sahələr üzrə ictimai əsaslarla bir neçə birlik yaradılıb. Qeyd edək ki, yaradılan birliklər rayonun ictimai və sosial həyatında fəal iştirak edirlər. Buna misal olaraq, Böyük Yol İctimai Birliyi və bu birliyin tərkibində yaradılan Gənc Həkimlər, Gənc Müəllimlər, Gənc Tərbiyyəçilər, Gənc Xeyiriyyəçilər birliklərini, mədəniyyət və incəsəsnət sahəsi üzrə yaradıcı gəncləri özündə birləşdirən Gənclərin Mədəni İnkişafı Birliyinin fəaliyətini qeyd etmək olar.






Son Xəbər