XƏBƏR, SOSİAL
25-03-2019, 12:08

"Şəmkir" qəzetinin radaktoru müsabiqənin qalibi olub

"Şəmkir" qəzetinin radaktoru müsabiqənin qalibi olub
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi yekunlaşıb.

Qərbinfo.az xəbər verir ki, 19 istiqamət üzrə keçirilən yazı müsabiqəsində 109 nəfər jurnalist qalib adına layiq görülüb.

Qaliblər arasında təsisçisi Şəmkir Rayon İcra Hakimiyyəti olan "Şəmkir" qəzetinin redaktoru İlyas Qasımov da var.

Qeyd edək ki, İ.Qasımov bununla 14-cü dəfədir ki, keçirilən müsabiqələrdə qalib olur.

Redaksiyamız adından "Şəmkir "qəzetinin kollektivini təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!






Son Xəbər