XƏBƏR, SOSİAL
25-03-2019, 11:30

Moskvada Novruz bayramı qeyd olunub

Moskvada Novruz bayramı qeyd olunub
Moskvadakı Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Novruz bayramı qeyd olunub.

Qərbinfo.az xəbər verir ki, bayram şənliyi çərçivəsində milli pavilyonlar, restoranlar, konsert və idman meydançaları fəaliyyət göstərib. Xalq sənəti ustaları bayrama gələnlər üçün ustad dərsləri keçiblər.

Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, suvenirlər təqdim olunub. Bayram şənliyi çərçivəsində ənənəvi plov festivalı keçirilib. Bu il müxtəlif xalqların milli mətbəx nümunələri əsasında plovları Rusiya paytaxtının ən məşhur restoranlarının aşpazları hazırlayıblar. Bayram şənliyində 30 mindən çox insan iştirak edib.

Novruz bayramı Moskvada artıq onuncu ildir təntənəli şəkildə qeyd olunur.






Son Xəbər