XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
25-03-2019, 10:57

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu ünvanlayıb.

Qərbinfo.az həmin təbrik məktubunu təqdim edir.

Banqladeş Xalq Respublikasının Prezidenti Zati-aliləri cənab Md. Əbdül Həmidə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2019-cu il.






Son Xəbər