XƏBƏR, DÜNYA
25-03-2019, 10:25

İtaliya Prezidenti: “Bir kəmər, bir yol” təşəbbüsü müasir İpək Yolunun yaradılmasına yönəlmiş iri infrastruktur planıdır

İtaliya Prezidenti: “Bir kəmər, bir yol” təşəbbüsü müasir İpək Yolunun yaradılmasına yönəlmiş iri infrastruktur planıdır
Ümid edirəm ki, Si Cinpinin səfəri İtaliya-Çin əməkdaşlığının gələcək inkişafı üçün sazişlərə, planlara, layihələrə yol açacaq. Həmçinin iki qitənin bütün xalqlarının gələcək tərəqqisini, əmin-amanlığını təmin etmək üçün infrastruktura yatırılacaq investisiya həcminin artırılmasına ehtiyac duyan Avropa və Asiya arasındakı əməkdaşlığa fayda verəcək.

Qərbinfo.az xəbər verir ki, bu sözləri İtaliya Prezidenti Sergio Mattarella Çin Xalq Respublikasının Sədri Si Cinpinin İtaliyaya səfərindən öncə Çin kütləvi informasiya vasitələrinə bildirib.

İtaliya Prezidenti, həmçinin qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsü bir növ müasir İpək Yolunun yaradılmasına yönəlmiş iri infrastruktur planıdır.






Son Xəbər