XƏBƏR, DÜNYA
25-03-2019, 09:03

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış baş verib
ABŞ dəniz piyadalarının Yaponiyanın Okinava adasının cənubunda yerləşən Kemp-Zukeran hərbi bazasında partlayış baş verib.

Qərbinfo.az xəbər verir ki, bu barədə Kyodo agentliyi ABŞ hərbi polisinə istinadla məlumat yayıb.

Bildirilir ki, naməlum şəxslər hasarın bir hissəsini dağıdaraq bazanın ərazisinə daxil olublar. Bundan sonra onlar Yaponiya Müdafiə Nazirliyinin nümayəndələrinin istifadə etdiyi qaz balonunu tikililərdən birinin yaxınlığında yerləşdirərək onu partladıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Kemp-Zukeran bazasında ABŞ dəniz piyadaları qrupunun Okinava adasındakı qərargahı yerləşir. Yaponiyadakı ABŞ obyektlərinin 70 faizi bu adada toplanıb. Yerli hakimiyyətin və ictimaiyyətin nümayəndələri ABŞ hərbiçilərinin adada azaldılmasını tələb edirlər.






Son Xəbər